Xəbər lenti

Dünya 17:35 15.08.2019

"Rustavi 2"ni almaq istəyən yoxdur

Gürcüstanın satışa çıxarılan müxalif telekanalı "Rustavi 2"ni almaq istəyən yoxdur.

Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə kanalın direktoru Paata Salia məlumat verib. 

12 avqustda kanalın sahibi Kibar Xalvaşi maliyyə böhranı ilə əlaqədar "Rustavi 2"nin satışa çıxarıldığını açıqlamışdı. K.Xalvaşinin sözlərinə görə, telekanalın 24 milyon dollar borcu var, bu məbləğin 9 milyon dolları dövlətə ödənilməlidir. 

Qeyd edək ki, ciddi maliyyə problemləri ilə mübarizə aparan "Rustavi 2" ötən həftələrdə böyük etiraza səbəb olmuşdu. Jurnalist Georgi Qabunianın canlı efirdə Rusiya prezidenti Vladimir Putini söydüyü üçün etiraz nümayişi keçirilmiş, kanal fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->