Şair Rüstəm Behrudi əməliyyat olunub.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Şair səhhətinin normal olduğunu bildirib:
"Türkiyədəyəm. Ağır əməliyyat olundum, yatıram. İndi özümə gəlmişəm".
Rüstəm Behrudi səhhəti ilə əlaqədar yeni yazdığı şeiri sosial şəbəkə hesabında paylaşıb:
Xəbər gözləmirəm heç kimdən daha,
Bir dilsiz balığam, məndə bəxt hanı?
Mənə öyrətdiyin sözə bağışla!
İlahi, sən mənə bir az vaxt tanı!
Bahar Rüstəmli
Şərhlər