Xəbər lenti

“Rüstəm İbrahimbəyovdan siyasətçi düzəltmək istəyirlər” - MÜSAHİBƏ
Siyasət 10:53 06.05.2013

“Rüstəm İbrahimbəyovdan siyasətçi düzəltmək istəyirlər” - MÜSAHİBƏ

Qaynar.info Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Trend-ə müsahibəsni təqdim edir:



- İqbal bəy, hazırda Ümid Partyasının prezident seçkilərinə hazırlıq prosesi hansı mərhələdədir?

-Ümid Partiyası seçkilərə hazırlaşır, strukturlarını bu istiqamətdəsəfərbər edir, qarşısına qoyduğu məqsəd və məramların həyata keçirilməsiüçün əlində olan imkanlardan yararlanır. Yaxın bir ay ərzindəqurultayımızı keçirməliyik. Əksər rayonlar qurultaya nümayəndələrimüəyyənləşdirib.

- Bəs qurultay zamanı seçkilərlə bağlı,xüsusən də sizin "Qarabağ" blokunda müttəfiqiniz olan AzərbaycanDemokrat Partiyası ilə seçkilərdə hansısa formada əməkdaşlığınızla bağlıqərarın olacağı gözlənilirmi?

- Biz seçkilərdə iştirakla bağlıqərar vermişik. Bizim partiyanın Rəyasət Heyətinin verdiyi qərar AliMəcilisə tövsiyə olunub, Ali Məcilis isə bu ilin yanvar ayında qurultayapartiya sədrinin prezident seçkilərində namizəd kimi iştirak etməsinitövsiyə edib. Qurultayın da qərarı yəqin ki, eyni olacaq. Bilirsiniz ki,Azərbaycanda siyasi partiyalarda sədrin namizəd olmaması anlayışı çoxnadir hallarda olur. Amma ADP ilə münasibətlər və "Qarabağ" blokuçərçivəsində bunun necə həyata keçiriləcəyi sonrakı mərhələdir. ADP dəbu gün öz namizədini elan edə bilər. Biz oturub danışacağıq, ortaqrazılığa gəlmək imkanlarımız çox böyükdür. Əslində ADP də, ÜmidPartiyası da imkanlarımızın çox geniş olduğunu bilir və biz ortaqməxrəcə gələ biləcəyik. Gəlməsək belə bu, faciə deyil, çünki cəmiyyətyekdil vahid namizəd üzərində köklənməyib ki, təkcə biz qalaq və biz dəbu prosesi pozmuş kimi görünək. Amma müttəfiqliyimiz davam edəcək.Azərbaycan Demokrat Partiyası Ümid Partiyasının ən yaxın müttəfiqidir vəbiz çalışacağıq ki, həmin münasibətləri və birgə fəaliyyəti davametdirməyin yollarını arayaq.

- Siz müxalifətin bir araya gələ bilməməsinin səbəblərini nədə görürsünüz?

-Fərqli baxışlar, fərqli yanaşmalar var. Bəzən daha çox bunu şəxsi iddiailə bağlayırlar. Ancaq bu, yalnış fikirdir. Azərbaycanın gələcəyininşəkilləndirilməsinə, layihələndirilməsinə baxış fərqi etiraf olunmasada, amma çox ciddidir və müxalifətin hər bir hissəsi bunu ciddi şəkildəhiss edir və ifadə etməsə belə, həmin məsələlərdə fərqli düşündüyününgöstəricisi kimi bir araya gəlməkdə çətinlik çəkir. Hamı elan edə bilərki, biz demokratıq, filan, filan, Azərbaycan, insan haqları,Azərbaycanın milli problemlərinin çözülməsi uğrunda mübarizə aparırıq vəs. Amma necə? Hər kəs bunu bir vasitə, bir yol ilə görürsə, o yollarabaxış da fərqləri münasibətlərə ayrılır. Xarici siyasətə, Azərbaycanıngələcəkdə tutacağı yolda baxışlar fərqlidir və o fərqlər insanları vəsiyasi təşkilatları bir araya gəlməyə qoymur.

- Müxalifətdüşərgəsində bir sıra siyasilər bəyan edir ki, müxalifətin bir arayagələ bilməməsində İctimai Palatanın rolu böyükdür.

- İctimaiPalata da müxalifətin bir kəsimidir. Neçə faiz təşkil edir o kəsim?İctimai Palata iddia edə bilər ki, 60 faiz təşkil edir, mən iddia edəbilərəm ki, 40 faiz təşkil edir, başqa biri iddia edə bilər ki, 70 faiztəşkil edir. Əgər müxalifət bir arada deyilsə, hər kəsin özünə görə birgünahı var. Mənim bir günahım var, İctimai Palatanın bir günahı var,başqa birinin bir günahı var. Əgər İctimai Palata rəhbərliyi iddiaedirsə ki, Azərbaycan müxalifətinin 70 faizinin ünvanı məhz İctimaiPalatadır, birləşməməyin günahının 70 faizi İctimai Palatanındır. Tutaqki, Ümid Partiyası müxalifətin 20 faizini təşkil edir, "Qarabağ" blokuonun 25-30 faizini təşkil edirsə, 25-30 faiz günah da bizdədir. Kim dahaçox iddia edirsə ki, məhz müxalifətin ünvanı da bizik, böyük partiyası,lideri də bizik, cəmiyyətin bu şəkildə olmasının da səbəbkarı onlardır.Biz iddia etmirik ki, müxalifətin tək ünvanı bizik, biz deyirik ki,müxalifətin ən iddialı ünvanlarından biriyik, məsuliyyətimizi də dərkedirik. Biz də hesab edirik ki, birliyin olmamasında bizim də bu və yadigər şəkildə günahlarımız var.

- Ana müxalifət məsələsimütəmadi olaraq gündəmə gəlir, xüsusən də bu məsələ AXCP və Müsavatlabağlı olur. Hətta bununla bağlı sorğular da keçirilir. Sizcə anamüxalifət varmı?

- Əvvəla onu deyim ki, sorğular keçirməkləpartiyanın cəmiyyətdə yerini müəyyən etmək mümkün deyil. Biri sosialşəbəkələrdə sorğu keçirir, əvvəlcədən də buna hazırlıq görür, saxtaprofillər yaradır, səs verir, deyir ki, üstün mənəm. Bir başqası başqayerdə keçirir. Yəni bunların hamısı cəfəngiyyatdır. Bunlar heç birigerçəkliyi əks etdirmir. Bu məsələnin birinci tərəfi. İkinci məsələ anamüxalifət məsələsidir. Mən ana müxalifət olmaq uğrunda mübarizəaparmıram, mən hakimiyyət uğrunda mübarizə aparıram. Amma təbiitəsnifatlandırmada müxalifət kimi mövqe qoyursan və sən o təsnifatadüşürsən. Bu gün Azərbaycan parlamentində müxalifətin kim olması iləbağlı suala respondentlərin ən azı 50 faizi cavab verəcək ki, İqbalAğazadə. Bu gün Avropa İttifaqı, ABŞ Dövlət Departamenti "parlamentmüxalifəti kimdir?" deyəndə bir adamın - İqbal Ağazadənin adını çəkir.Azərbaycanda bu gün bölgələrdə strukturu olan təşkilat, çevrəsi olantəşkilat barədə fikir yürüdüləndə üç partiya ağla gəlirsə, onlardan biriÜmiddir, iki partiya ağla gəlirsə, yenə də biri Ümiddir.

-Bəzi iddialar var ki, xarici qüvvələr Azərbaycana təzyiq göstərmək üçünmüxalif partiya liderlərindən istifadə edir. Siz bu barədə nədüşünürsünüz və həmin liderlərə nə tövsiyə edərdiniz?

- Əlbəttə,xarici qüvvələrin Azərbaycanda maraqları var. Azərbaycanda Rusiyanın,İranın, Avropa İttifaqının, ABŞ-ın, Türkiyənin və digərlərinin maraqlarıvar. Təbii ki, hər kəs maraqlarının ifadəçisi olan bir iqtidarınhakimiyyətdə olmasını arzulayır. Amma yanaşmalar fərqlidir. Misal üçün,İran Azərbaycanda dini bir cəmiyyətin qurulmasını istəyərdi. Rusiya onunsiyasi maraqlarına cavab verən və onun maderikasına çevrilən birhakimiyyətin olmasında maraqlıdır. Demokratiya, Azərbaycan xalqınıngələcəyi onlar üçün maraqlı deyil. Geniş mənada götürəndə, digərqüvvələr də Azərbaycanı deyil, öz maraqlarını düşünürlər. BizAzərbaycanda Rusiyanın, İranın və bu tipli ölkələrin maraqlarını ifadəedən siyasi qüvvələrin olmasını istəmirik. Mən Rüsiyanın əli ilə həyatakeçiriləcək dəyişiklikləri qəbul etmirəm. Çünki daha böyük bəlalargələcək, bunu açıq-aydın görürəm. Övladlarımız, gələcək nəsil vəAzərbaycan dövləti bütövlükdə Rusiyanı seçən hakimiyyətin özündənəsrlərlə ziyan çəkər. Biz bir Azərbaycan dövlətini əldə etmişik. Bəlkədə sosial vəziyyətmiz yaxşı deyil, torpaqlarımız işğal altındadır, ammamüstəqilliyimiz kimi, dövlətimiz kimi gərəkli olan bir varlığımızəlimizdədir. Nədən ötrü vuruşuruq? Mövcud dövlətin daha yaxşı yaşamasıüçün. Deməli, mövcud dövləti daha pis duruma atmaq, təhlükəyə atmaqkimsənin ağlından keçməməlidir. Rusiyanın, İranın yanında yer almaqmövcud dövləti o təhlükəyə atmaqdır. Hər kəs ən azı Azərbaycancümhuriyyətinin, Azərbaycan dövlətinin qorunması üçün mübarizəaparmalıdır, sonra onun demokratikləşməsinə sahib çıxmalıdır, çünkicümhuriyyət olmadan demokratikləşmə bir xülyadır.

- Müxalifət düşərgəsində bir sıra birliklər yaransa da tərkib demək olar ki, eynidir. Sizcə buna ehtiyac var?

-Adamlar axtarışdadır. Axtarışlar insanları yeni təşkilatlar, yenibirliklər formalaşdırmağa sövq edir. Əslində, bunlar müsbəthadisələrdir. Yetər ki, o müsbət hadisələr fərdi maraqlar üzərindəqurularaq Azəbaycanı geriyə atmasın, dövləti, dövlətçiliyi təhlükəyəatmasın. Əgər atacaqsa, bu, ziyanlıdır və hamımız bunun qarşısındadayanmalıyıq. Tutaq ki, Rusiyanın yanından, İranın yanından çıxacaqsa,avtoritar rejimlərin yanından çıxacaqsa, dövlətin şəklini, quruluşunudəyişdirməyə doğru addımlar olacaqsa, ona qarşı durmaqda özümüzdə güctapmalıyıq.

- İqbal bəy, bu mənada bəziləri Rüstəm İbrahimbəyovu Rusiyaya işləməkdə ittiham edirlər.

-Mən Rüstəm İbrahimbəyovu gözəl bir ziyalı, ssenarist, Azərbaycanıdünyada tanıdan bir insan kimi xarakterizə edirəm. Rüstəm İbrahimbəyovbəşəri dəyərlərin adamıdır. Rüstəm müəllimin söylədiyi fikirlərdən sonragünah istək və məqsədlərinə çatmaq istəyən o adamlardadır ki, onlarRüstəm müəllimdən siyasətçi düzəltmək istəyirlər, Rüstəm müəllimi siyasiliderə çevirmək istəyirlər. Bax, günahkar həmin adamlardır. Mən Rüstəmmüəllimin Milli Şuraya rəhbərlik etmək niyyətində olmadığını deməsinəçox sevinirəm. İdeya gözəl ideyadır və Rüstəm müəllim də bilir ki, MilliŞura məsələsində onun siyasət yürüdəcək imkanları yoxdur. Mən necəiddia edə bilərəm ki, ssenari yazacağam. Halbuki, Rüstəm müəllim gözəlssenari yazır. Rüstəm müəllimi siyasətçi, siyasi lider etməkistəyənlərin çox böyük qəbahəti var və onlar Azərbaycan qarşısındaməsuliyyət daşıyırlar.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->