Xəbər lenti

Rövnəq Abdullayev açılış etdi
Ekonomiks 16:19 11.03.2013

Rövnəq Abdullayev açılış etdi


Gürcüstanın energetika naziri Kaxa Kaladze və Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bolnisi rayonunun Parxalo kəndində (Kvemo Kartli regionu, Gürcüstanın şərqi) yeni qaz kəmərinin açılışında iştirak ediblər.

Tədbirdə, həmçinin reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili, kənd təsərrüfatı naziri David Kirvalidze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov və Milli Məclisin deputatları iştirak ediblər.

Birinci mərhələdə qaz kəmərinin Xaraqauli istiqamətində (İmereti regionu, Gürcüstanın qərbi) 53 kilometrlik sahəsi tikilib. Nəticədə azərbaycanlı kəndi olan Parxalonun 1 229 ailəsi Azərbaycandan təbii qaz alacaq.

Kaladze bildirib ki, hazırda azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli regionunda ümumilikdə 16 151 abonent qazla təmin edilib. 2013-cü il ərzində bu göstəricinin daha 1950 abonent artacağı planlaşdırılır.

Bu gün isə Gürcüstan hökumətinin üzvləri və ARDNŞ prezidenti Marneulidə soyuducu təsərrüfatının təməlqoyma mərasimində, həmçinin Bolnisidə körpü, mərkəzi yol və meydanın açılışında iştirak ediblər (APA).

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->