Video 14:20 15.10.2021

Sağ qalan yeganə kəşfiyyat rəisinin ailəsinə yazdığı son məktub (VİDEO)

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq işğal altında olan torpaqların geri qaytarılması ilə nəticələnib.

Qaynarinfo xəbər verir ki, müharibə vaxtı ordu korpuslarının birinin sağ qalan kəşfiyyat rəisi Riyad Paşayev İTV-yə açıqlamasında ailəsinə yazdığı son məktubdan danışıb:

"Bütün kəşfiyyat rəisi olan yoldaşlarımı döyüşdə itirmişdim. Bir mən sağ qalmışdım. Deyirdim ki, yekun da budur.

Ailəmi rayona yola salmışdım. Onlara ürək sözlərimi lövhəyə yazmışdım".