Gürcüstan prezidenti Mixail Saakaşvilinin BMT Baş Assambleyasındakı çıxışı qalmaqalla yadda qalıb.
Qaynar.info xəbər verir ki, prezidentin çıxışları zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Vitali Çurkin zalı tərk edib.
Çıxışı zamanı Saakaşvili Rusiyanın ortaya atdığı Avrasiya Birliyini tənqid edərək, bu qurumun Avropa Birliyinə alternativ olaraq yaradıldığını deyib.
Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin əsasını təşkil edir: "Avrasiya Birliyinin köməyi ilə Moskva Ukrayna, Moldova və Gürcüstanın tam müstəqilliyinə son qoymaq istəyir"
Qaynar.info
Şərhlər