Xəbər lenti

Saakaşvili ermənilərə qəzəbləndi
Dünya 12:16 17.04.2013

Saakaşvili ermənilərə qəzəbləndi

Erməni rəsmilərin Abxaziyanı müstəqil resbublika kimi təqdim etmələri Gürcüstan prezidentinin etirazına səbəb olub.

Gürcüstan prezidenti Ermənistanın bəzi rəsmi şəxslərinin son bəyanatlarından narazıdır. Anspress-in məlumatına görə, əsas narazılıq obyekti erməni rəsmilərinin Abxaziyanı müstəqil respublika kimi qeyd etmələri olub. 

"Bu əlbəttəki prezident Serj Sarkisyandan irəli gəlmir. Amma rəsmi şəxslərin bir qismi özlərinə Abxaziyanı müstəqil resbublika kimi tanımağa rəva görürlər. Bu da bizim narazılığımıza səbəb olur", deyə "Rustavi 2" kanalına müsahibəsində Mixail Saakaşvili deyib. 

O, qeyd edib ki, Ermənistan prezidentinin innaqurasiyasına Gürcüstan-Abxaziya münaqişəsi zamanı, Gürcüstana qarşı vuruşmuş Baqramyanın batalyonun üzvləri də dəvət edilib. Gürcüstan prezidenti bu məqamdan da razı qalmadığını vurğulayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->