Bakının bir hissəsində su olmayacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar "+110 Şərq" su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq.
Bununla əlaqədar aprelin 29-da Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Qaynar.info
Şərhlər