Sabah güclü geomaqnit qasırğası olacaq.
	
Qaynarinfo xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
 
	
Bildirilib ki, sentyabrın 19-da qasırğanın G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sentyabrın 20-də sakitləşəcəyi gözlənilir.
	
Sentyabrın 23-də yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
             
            
Şərhlər