Sabah İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə üçtərəfli əməkdaşlığın artırılması, son dövrlərdə aktual olan regional və qlobal hadisələrin müzakirəsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.
Şərhlər