Video 20:05 15.02.2020

"Sabah" klubu Sumqayıtda qələbə qazandı (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

İlk yarıda qapılara qol vurulmayıb. Hesabı 59-cu dəqiqədə "Sabah"ın gənc oyunçusu Şakir Seyidov açıb. Bundan 2 dəqiqə sonra Ozan Can Kökcü komandasının növbəti qolunu vurub. "Sumqayıt"dan təsəlli qoluna 90+1-ci dəqiqə Əmir Ağayev imza atıb.

Bu nəticədən sonra "Sabah" xallarını 19-a çatdırsa da, 5-ci, 22 xala malik "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "Zirə"ni darmadağın edib - 6:0. Tura fevralın 16-da "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" matçları ilə yekun vurulacaq.