Dünya 14:18 21.01.2020

Sabah Senat Trampın impiçment məsələsinə baxmağa başlayır

Sabah ABŞ Senatı ABŞ Prezidenti Donald Trampın impiçment məsələsinə baxmağa başlayacaq.

Qaynarinfo RİA Novosti-yə istinadən məlumat verir ki, prosesin tərəflərindən hər biri öz mövqeyini bildirmək üçün 24 saat vaxt alacaq. Bundan sonra senatorlar 16 saat ərzində tərəflərə sual verə biləcək və daha sonra dörd saat tərəflərin müzakirəsi üçün ayrılacaq.

Bu proseduru Respublikaçılar çoxluğuna rəhbərlik edən senator Mitç Makkonnell təklif edib. Onun layihəsinin səs çoxluğu ilə qəbul ediləcəyi gözlənilir. Üstəlik, Demokratlar bu proseduru tənqid edərək, layihəni "milli rüsvayçılır" və prosesi sürətləndirmək cəhdi adlandırıb.

Xatırladaq ki, impiçment işi Senata ötən həftə daxil olub. Porsesə rəhbərlik edəcək Ali Məhkəmə sədri Con Roberts və münsiflər heyətində çalışan senatorlar and içiblər. İttiham tərəfi Adam Şiffin rəhbərlik etdiyi yeddi Demokrat konqresmen ilə təmsil olunacaq.