Pakistanın sabiq Baş naziri Şahid Xaqan Abbasiyə 13 gün həbs cəzası verilib.
Qaynarinfo xəbər verir ki, korrupsiya ittihamı ilə ötən gün saxlanılan Abbasi bu gün hakim qarşısına çıxıb. Məhkəmə prosesi 13 gün sonra yenidən keçiriləcək.
Qeyd edək ki, Şahid Xaqan Abbasi Neft və Təbii Sərvətlər Naziri olduğu 2013-2017-ci illərdə "LNG" layihəsində korrupsiyaya yol verməkdə günahlandırılır. O, 2017-2018-ci illərdə Baş nazir vəzifəsini icra edib.
Gülşən
Şərhlər