Xəbər lenti

Mehdi Səlimzadə hansı qurumu məhkəməyə verib? (YENİLƏNİB)
Ekonomiks 14:17 02.07.2024

Mehdi Səlimzadə hansı qurumu məhkəməyə verib? (YENİLƏNİB)

Mehdi Səlimzadə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini barədə məhkəməyə müraciət etməyib.

Bu barədə Qaynarinfo-ya Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Anar Cəbrayıllı məlumat verilib.

Anar Cərayıllı bildirib kii, Mehdi Səlimzadə ilə qurum arasında heç bir məhkəmə çəkişməsi yoxdur. 
 

10.23
Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, keçmiş icra başçısının iddiası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə qarşısıdır. 

Mehdi Səlimzadənin iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır. 

Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralında vəzifəsindən azad edilib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->