ABŞ-ın keçmiş müdafiə naziri Vilyam Perri nüvə təhdidlərini izləyən kompüterdə ABŞ-a göndərilən 200 qitələrarası nüvə raketi gördüyü ilə bağlı təəssüratlarını bölüşüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Rusiyanın paytaxtı Moskvada "Nüvə uçurumunun kənarından keçən yolum" kitabının təqdimatında danışıb.
Sabiq müdafiə naziri sözügedən hadisənin 1979-cu ildə baş verdiyini qeyd edib. O zaman müdafiə nazirinin köməkçisi vəzifəsində çalışdığını deyən Vilyam Perri Sovet İttifaqından 200 nüvə raketinin gəldiyini ekranda görəndə böyük bir qorxu yaşadığını dilə gətirib.
"Növbətçi əsgər Sovet İttifaqından ABŞ-a 200 nüvə raketinin atıldığını məruzə etdi. Bunu eşidəndə qorxu iliklərimə işlədi. Sonra məlum oldu ki, kompüterə səhvən tədris proqramı yüklənilib və sistem də bunu gerçək kolaraq qəbul edib. Burada böyük bir təhlükə ilkə qarşı-qarşıyayıq. Bu hadisə qorxunc bir fəlakətin başlanğıcı ola bilərdi. 1979-cu ildə "nüvə fəlakəti"nin qarşısı alındı. Oxşar vəziyyət 1983-cü ildə Sovet İttifaqında da yaşanmış, yenə fəlakətin qarşısı alınmışdı".
Şərhlər