Meksikanın sabiq prezidenti Pena Nieto "El Chapo" ləqəbli narkobaron Xoakin Quzmandan 100 milyon dollar rüşvət alıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Quzmanın yaxın adamı olmuş Aleks Sifuentes Nyu Yorkda keçirilən məhkəmədə deyib. Nieto 2012-2018-ci illərdə Meksikaya rəhbərlik edib və rüşvəti prezident seçildiyi il alıb.
Qeyd edək ki, 61 yaşlı Quzman ötən il Meksikadan ABŞ-da ekstradisiya edilib. "Sinaloa" narkotik kartelinə rəhbərlik edən "El Chapo" ABŞ-a heroin, kokain və digər zərərli vasitələri idxal edirdi.
Gülşən
Şərhlər