Barəsində həbs qərarı çıxarılan Cənubi Koreyanın sabiq prezidenti Li Myanq-bak saxlanılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rüşvət və vəzifəsindən sui-istifadə etməkdə ittiham edilən Li Seul Mərkəzi Bölgə Məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib. Onun 2008-2013-cü illərdə prezidentliyi müddətində kəşfiyyat orqanlarının iş adamları və digərlərindən 10,3 milyon dollar rüşvət aldığı iddia edilir.
Linin həmçinin qardaşı Li Sanq-eunun sahibi olduğu DAS avtomobil detalları şirkətinin daha çox gəlir əldə etməsi üçün vəzifəsindən sui-istifadə etdiyi də bildirilir.
Sabiq prezident barədə irəli sürülən ittihamlar sübuta yetiriləcəyi təqdirdə o, 45 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, Linin xələfi olan Park Qeun Hye də ötən il vəzifəsindən sui-istifadə etdiyi üçün prezidentlik postundan azad edilmişdi.
Çingiz
Şərhlər