Xəbər lenti

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi
Ölkə 16:15 12.04.2021

Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov yenidən sabiq MTN rəhbəri Eldar Mahmudovun qızını məhkəməyə verib.

Qaynarinfo-nun Unikal.org-a istinadəni məlumatına görə, A.Qaraşov "Caspian Service” MMC və Mahmudova Nərgiz Eldar qızı barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.

Aprelin 15-də Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. 

Qeyd edək ki, A.Qaraşov keçən il eyni səbəbə görə məhkəməyə müraciət etmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->