Ölkə 12:10 17.04.2021

Şabranda 4 müəllim koronavirusa yoluxdu, siniflər distant təhsilə keçdi

Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində 4 sinif COVID-19 infeksiyasına görə distant təhsilə keçirilib. 

"Qafqazinfo” xəbər verir ki, buna səbəb məktəbin 4 müəlliminin koronavirusa yoluxmasıdır.

Həmin müəlllimlərin daxil olduğu siniflərdə (2-si ibtidaidir) tədris 14 gün ərzində distant formada davam etdiriləcək.