Sağlamlıq 18:58 23.10.2020

Saç tökülür, ağıl korşalır: həkimlər COVID-19-un nəticələrindən danışdı

Saç tökülməsi koronavirusun nəticələrindən biri ola bilər.


Qaynarinfo NHK telekanalına istinadla xəbər verir ki, bu nəticəyə Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri gəlib. Mütəxəssislər COVID-19-dan sağaldıqdan 4 ay sonra xəstələrin 11%-nin nəfəs darlığı, 10%-nin zəiflik, 4%-nin öskürək, 2%-nin dad və qoxubilmə hissini itirdiyini aşkar ediblər.


Üstəlik, elm adamları koronavirus əlamətlərinin ortaya çıxmasından 2 ay sonra xəstələrdə saç tökülməsi başladığını müşahidə edib. Alimlər bu nəticənin xəstələrin psixoloji yaşantılarıyla bağlı ola biləcəyini ehtimal edirlər. Bundan əlavə, London İmperial Kollecinin tədqiqatçısı, ingilis neyrofizioloq və həkim Adam Hempşirin rəhbərlik etdiyi bir qrup koronavirus xəstələrinin yaddaş səviyyəsi və intellektual qabiliyyətlərə təsir edən IQ səviyyəsinin daha aşağı olduğunu dəqiqləşdirib. Tədqiqat medRxiv elektron kitabxanasında yayımlanıb.


"COVID-19 keçirən ingilislər idrak testlərində həmyaşıdlarına nisbətən xeyli pis nəticələr göstərib və bu fərqlərin səviyyəsi birbaşa xəstəliyin şiddəti ilə əlaqəli olub”, - alimlər yazıb.


Həkimlər təxminən 84.000 könüllüdə yaddaş və idrak qabiliyyətləri üzərində iş aparıb. Koronavirusdan qurtulanların öz yaş qrupundan olan sağlam insanlardan təxminən 65%-dən aşağı nəticə göstərdikləri qeyd olunur. Tədqiqatçılar iddia edir ki, bu, xəstələrin on yaş qocalmasına bərabərdir.


Koronavirusun ağır formaları ən çox mətnlərin başa düşülmə və sözlərin mənasını anlamaq səviyyəsinə təsir edir, lakin emosional sahəni, məkan yaddaşını və rəqəmləri xatırlamaq qabiliyyətinə təsir etmir.

  

Alpər