Sadələşdirilmiş vergi sistemi niyə ləğv olunur? (VİDEO)
Yaxın gələcəkdə, daha dəqiq desək 2 il ərzində ölkəmizdə vergi sistemində ciddi dəyişikliklər olacaq. Bununla bağlı qəbul edilən dövlət proqramında qeyd edilir ki, sadələşdirilmiş verginin mərhələli şəkildə əlavə dəyər vergisi ilə əvəzlənməsi baş verəcək. Əlavə dəyər vergisi isə məhsul və xidmətlər üzrə differensial, yəni fərqli olacaq.
Sadələşdirilmiş vergi sistemi tədricən ƏDV sistemi ilə əvəzləşdiriləcək."2018-2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genisləndirilməsi üzrə dövlət proqrami''-na əsasən sadələşdirilmiş vergi ödəyicilərimərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar.Amma faiz dərəcələri indiki kimi 4 faiz saxlanacaq.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə verginin dəyişdirilməsinə rəğmən faiz dərəcəsinin 18 faiz deyil,4 faiz saxlanılmasının əsas səbəbi ödəyicilərin həddən artıq yüklənməməsidir.Əlavə dəyər vergisinin məhsul və xidmət qruplari üzrə diferensiallaşdırılmasi həyata keçirilməsi təklif olunur
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə differensial əlavə dəyər vergisinin faiz dərəcəsi hüquqi və fiziki şəxslərin dövriyyələrinə uyğun şəkildə də tənzimlənə bilər
Vergi systemi ilə bağlı digər fəaliyyət "Vahid Mühasibatliq Sistemi"nin tətbiq edilməsidir. Sənədə əsasən, bütün vergi ödəyicilərinin "Vahid Mühasibatliq Sistemi"nə keçidi imkanlari təhlil ediləcək və elektron mühasibatlığın tətbiqinin genilşləndirilməsi təsviq ediləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər