Xəbər lenti

Safura Əlizadə üzərində sərvət daşıyır: 5000-lik qolbaq... (FOTOLAR)
Foto 18:24 10.09.2019

Safura Əlizadə üzərində sərvət daşıyır: 5000-lik qolbaq... (FOTOLAR)

"Eurovision 2010” mahnı müsabiqəsinin iştirakçısı, keçmiş müğənni Safura Əlizadə brend məhsullara üstünlük verən tanınmışlardandır. 

İş adamı Fərhad Əliyevlə evli olan Safuranın instaqramda paylaşdığı son geyim dəsti ilə diqqət çəkib.

Üç uşaq anası olan eks-sənətçi kənardan sadə görünən obrazını yaratmaq üçün xeyli pul xərcləyib. Belə ki, onun "Balenciaga”dan olan çantası 884 dollar (1502 AZN), "Dior”da olan ayaqqabısı 755 dollardır (1283 manat).

"Kim haradan geyinir” səhifəsi yazır ki, Safuranın qolbaqları "Messika Paris” markasının məhsuludur, qiyməti 2977 dollardır (təxminən 5060 AZN). 

Bundan əlavə, Əlizadənin 2095 dollar (3565 AZN) dəyərindəki boyunbağısı dünyaca məşhur "Chopard” şirkəti tərəfindən istehsal olunub.  ("Qafqazinfo”)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->