Xəbər lenti

Sağlığında dəfn planını hazırlayıb - Etibarsız oğlu vida mərasiminin
Dünya 22:10 01.07.2025

Sağlığında dəfn planını hazırlayıb - Etibarsız oğlu vida mərasiminin "fəxri qonaq"ı olacaq

2020-ci ilin yanvar ayında dünya müxtəlif hadisələrlə çalxalanırdı. Amma Böyük Britaniyanın paytaxtı Londondan gələn bir xəbər bütün bunların önünə keçdi. Sanki zaman dayandı...

Çünki Böyük Britaniya kral ailəsinin "dikbaş şahzadəsi" Harri 2018-ci ildə ailə qurduğu amerikalı aktrisa Meqan Marklla birlikdə mühüm bir qərar qəbul etdi və ailənin rəsmi fəaliyyətlərindən geri çəkildi. Ailənin əsas üzvlərindən biri olan Harri və həyat yoldaşı Meqan bundan sonra özlərinə yeni bir həyat qurmağa qərar verdilər.



Beş ildə çox şey dəyişdi

Onlar bu qərarlarını həyata keçirdi. O zamanlar körpə olan oğulları Arçini də götürüb əvvəlcə Kanadaya, sonra isə ABŞ-a köçdülər. O gündən bu günə çox hadisələr baş verdi.

Əvvəlcə kraliçanın həyat yoldaşı şahzadə Filip, daha sonra isə Kraliça II Elizabet dünyasını dəyişdi. Onillərlə taxta çıxmağı gözləyən Çarlz nəhayət kral oldu.

Bütün bu müddət ərzində Harri bəzi vacib hallarda ölkəsinə qayıtsa da, ailəsi ilə münasibətləri daha da gərginləşdi. Xüsusilə atası Çarlz və böyük qardaşı Uilyam ilə əlaqələri tamamilə pozuldu. Ümumilikdə 2020-ci ildən bu yana çox şey dəyişdi.

Ancaq dəyişməyən bir şey var: Harri nə etsə də, nə desə də, ailəsi ilə olan qan bağını silə bilmir. Atası Çarlz da bunun fərqindədir.



Vida mərasimində etibarsız oğluna da yer ayırdı

Baxmayaraq ki, ailə üzvləri və ictimaiyyət Harri və Meqanın bu qərarına qarşı çıxırdı, Kral III Çarlz həyatını itirdikdə onların da vida mərasimində iştirak etməsi üçün planlar hazırlayıb.

Qaynarinfo xəbər verir ki, "Teleqraf" qəzetinin iddiasına görə, kral yalnız 40 yaşlı kiçik oğlu Harri və 43 yaşlı Meqan Markla deyil, onların evliliyindən doğulan və nadir hallarda gördüyü nəvələri Arçi və Lilibetə də vida mərasimində yer ayırıb.

Qəzetin məlumatına əsasən, Kral III Çarlz vaxtı gələndə Harriyə ailənin "mərkəzində” layiq olduğu yeri vermək üçün bütün hazırlıqları görüb. Saray rəsmiləri həmin gün hər şeyin qaydasında olması üçün kilsə və polis nümayəndələri ilə tez-tez görüşlər keçirir, bütün təfərrüatlar yenidən nəzərdən keçirilir.



Qardaşı ilə yanaşı yeriyəcək

Planlara əsasən, Harri və Meqan Markl krala vida mərasiminin bütün mərhələlərində - ilk ölüm elanından başlayaraq dəfn mərasiminə qədər - iştirak edəcəklər.

Əldə olunan məlumatlara görə, Harri və qardaşı Uilyam Londonda keçiriləcək vida yürüşündə yanaşı addımlayacaq. Həmçinin, onlar Vestminster abbatlığında keçiriləcək vida növbəsində də iştirak edəcəklər.

Hətta 6 yaşlı şahzadə Arçinin və 4 yaşlı şahzadə Lilibetin də vida mərasiminə qatılması üçün hazırlıqlar görüldüyü deyilir.



Uilyam qardaşının titullarını əlindən ala bilər

Bütün bu planlara baxmayaraq, Kral III Çarlz dünyasını dəyişdikdən sonra taxta onun böyük oğlu şahzadə Uilyam çıxacaq. Ancaq onun atasının bu planlarına nə dərəcədə sadiq qalacağı bilinmir.

Son günlərdə yayılan iddialara görə, Uilyam kral olduqdan sonra qardaşı Harri və Meqan Markla, evlilik hədiyyəsi olaraq verilmiş Sasseks hersoqu və Sasseks hersoginyası titullarını geri alacaq.



Bundan başqa, kral ailəsində ümumi bir struktur kiçiltməsinə gedəcəyi, bu çərçivədə Harri və Meqanın iki uşağı Arçi və Lilibetin də titullarının ləğv olunacağı bildirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->