Xəbər lenti

Venesuelada ölənlərin sayı açıqlandı
Dünya 10:19 17.01.2026

Venesuelada ölənlərin sayı açıqlandı

Yanvarın 3-də ABŞ-nin hücumu nəticəsində 47 Venesuela hərbçisi və 32 Kuba əsgəri də daxil olmaqla 83 nəfər həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Venesuela müdafiə naziri Vladimir Padrino Lopes yerli "Primicia" nəşrinə bildirib.

"ABŞ hərbi məqsədinə nail olub, amma Vətən öz mövqeyində dayanır. Həyatını qurban verən 47 kişi və qadın var", - deyə Padrino Lopes bildirib. O, əlavə edib ki, ən azı 112 nəfər yaralanıb.

8 yanvarda Venesuela daxili işlər naziri Diosdado Kabello ABŞ-nin ölkəyə hücumu nəticəsində azı 100 nəfərin öldüyünü bildirmişdi.
--> -->