Xəbər lenti

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanıldı
Ölkə16:22 17.01.2026

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində məişət əşyalarını oğurladıqdan sonra evi yandıran şəxs saxlanılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.
Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.