Xəbər lenti

Sahibkarların hansı fəaliyyətləri yoxlanıla bilər, istisnalar hansılardır?
Ekonomiks 11:04 22.01.2022

Sahibkarların hansı fəaliyyətləri yoxlanıla bilər, istisnalar hansılardır?

"Bütövlükdə, qanunvericilikdə mühim məqamlardan biri də yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna edilən dəyişikliklərə aydınlıq gətirərkən deyib.
 
O bildirib ki, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq:

"Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna edilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Bu müddət 2022-ci il yanvarın 1-də başa çatmışdı. Müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər".

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->