Ölkə 14:39 15.06.2021

Şahmar Mövsümovdan quru sərhədləri ilə bağlı açıqlama

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Prezidentin köməkçisi APA-ya açıqlamasında bildirib ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmur.