Xəbər lenti

Şahzadə Harri narko-klinikaya düşüb
Dünya 16:48 15.07.2020

Şahzadə Harri narko-klinikaya düşüb

İngiltərə şahzadəsi Harri narkotik istifadə etdiyinə görə narkomanlar üçün klinikaya düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Mirror" yazıb.

Mediada yayılan məlumatlara görə, Harrinin 16 yaşı olanda, buraxılış imtahanlarına hazırlaşmaq əvəzinə tez-tez alkoqollu və narkotik maddələrdən istifadə edib. Nəticədə atası Şahzadə Çarlz onu reabilitasiya klinikasına göndərib - orada Harri xəstələrlə söhbət etmək üçün bir gün keçirib.

Qəzet yazır ki, Harri İngiltərənin gələcək krallının kiçik qardaşı olmaqdan narahat imiş. Böyük qardaşı Şahzadə Uilyam Britaniya taxtının varisi olmağa hazırlaşarkən, Harri kral ailəsində öz yerini tapmaq üçün çalışıb.

Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi üzvü titulundan imtina edərək, Susseks hersoqu və hersoginyası titullarını saxlasalar da, aprelin 1-də rəsmi olaraq Britaniya kral ailəsinin üzvləri kimi fəaliyyətlərini dayandırıblar.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->