Foto 17:03 31.07.2019

Sağlam qidalanma sizi xərçəngdən qorumayacaq (FOTOLAR)

Həyatının böyük bir qismini kəskin vegeterian olaraq keçirən "Apple"nin qurucusu Stiv Cobs, həmişə meyvə-tərəvəz yeyib, ümumilikdə tez-tez, amma az-az qidalıb. Lakin onun həyatına dair məlumatlar əslində sağlam həyatın tam olaraq meyvə-tərəvəzlə təmin oluna bilməyəcəyini göstərir. 
 


Belə ki, Stiv Cobs qeyri-adi şəxsiyyəti və uzaqgörən fikirləri ilə məşhurlaşıb, bu məhşurluğunu qidalanma mövzusunda sərhədləri kəskinləşdirərək daha da artırıb. Həyatının ilk dövrlərində uzun müddət oruc tutmağın ona xoşbəxtlik qazandırdığını kəşf edib. Yemək mövzusunda çox seçici davranan Cobs restoran müdirlərinə və aşpazlara qarşı amansızlığı ilə də gündəmə gəlib.

 

Həyatının növbəti mərhələsində Arnold Eretin "Mucusless Pəhriz Şəfa Sistemi" kitabını oxuduqla Cobs diyetanı daha da sərtləşdirib. Ənənəvi ət və protein istehlakından imtina etməklə yanaşı, həyatından çörək, taxıl və südü də çıxarır. Maraqlıdır ki, kitabın müəllifi Cobs kimi 56 yaşında vəfat edib.

Bu müddətdə bəzən 2 gün, bəzən bir həftə yemək yeməmək üçün oruc tutur. Orucu saxladıqda isə yarpaqlı tərəvəz yeyir və su içir.
 


Onu da qeyd edək ki, Cobsun həyat yoldaşı Krisann Brennan da vegetariandır. Onların qızı Lisa isə vegetarian deyildi. 

Hətta deyilənə görə, 1991-ci ildə evlənən Cobs toy tortunu veqan hala gətirmək üçün ondan yumurta və südü çıxarıb. Qonaqlar bu tortun yeyilməz dərəcədə pis daddığını deyirmişlər. 
 


2003-cü ildə həkimlər böyrəklərin müayinəsi zamanı Cobsun mədəaltı vəzisində xərçəng aşkarlanıb. Stiv bu dəfə də həkimlərə etiraz edərək özünü qida ilə müalicə etmək istədiyini bildirib. Daha da sərt vegeterian diyetaya başlayan Cobs daha çox su və yerkökü yeməyə başlayıb.

2008-ci ildə diyetanın mənasız olduğunu görən alim mədəaltı vəzinin bir hissəsini çıxarmaq üçün bıçaq altına yatır. Lakin Cobs bundan sonra da diyetanı təxirə salmır və tərəvəzlərlə qidalanmağa davam edir. Bundan sonra onun səhhəti hər ötən gün pisləşib və kəskin arıqlayıb. 
 


2011-ci ildə Silikon Vadisində sabiq ABŞ prezienti Barak Obamayla və dünyaca məşhur texnologiya dühalarıyla görüşün təşkilində Cobs yeməklərin tərəvəzlərdən ibarət olmasını tələb etsə də, iclas iştirakçılarının etirazıyla bu istəyi gerçəkləşmir. 

Bütün həyatı boyu sağlam qidalanmağa çalışan Stiv Cobsu heç nə xilas edə bilmir və 2011-ci ilin iyulunda xərçəngin metostaz verməsinə görə diyetanı məcburən dayandırmalı olur. Buna baxmayaraq, həmin ilin oktyabr ayında həyata gözlərini yumur.

Nərmin Həsənli