Sənət 11:00 12.10.2019

Salam Sarvan ictimai birlik yaratdı

Şair Salam Sarvan "Fikir” adlı ictimai birlik təsis edib. 

Birlikdən Qaynarinfo-ya verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cürə konyukturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır. 

Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yoluyla aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir.

Qeyd edək ki, "Fikir” ictimai birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.