Xəbər lenti

Ölkə 22:45 25.04.2019

Salyanda ağır qəza: 9 nəfər xəsarət alıb (YENİLƏNİB)

Salyan rayonunda "QAZel” markalı mikroavtobusla "Mercedes markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi məlum olub.

"Report” xəbər verir ki, bunlar Salyan rayon sakinləri - 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri - 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

***20.08

Salyan rayonunda yol qəzası baş verib.

"Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "QAZel” markalı yük maşını ilə "Mercedes markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?