Güclü leysan yağışlar, sel, külək və dolu Şamaxıda fəsadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən Acıdərə çayına güclü sel gəlib. Həmin çaydan qidalanan və süni yaradılmış balıqçılıq gölünün bəndi uçub və suyun daşması nəticəsində ətraf kəndlərin meyvə bağlarını, həyətyanı sahələri və yolları su basıb. Gölün dağılması nəticəsində kəndlərə 3 saat su axıb, balıqçılıq gölündə su tamamilə azalıb. Göldə 15 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.
Sel suları Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəzi insanlar yolu piyada getmək məcburiyyətində qalıblar.
Şərhlər