Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi:

Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: "Hardasan Kənan?" (VİDEO)

Əməkdar artist Təyyar Bayramovun məşhur müğənni Sami Yusufla görüntüsü yayılıb.

Qaynarinfo Manset.az-a istinadən xəbər verir ki, görüntüdə Sami Yusuf əməkdar artistin oğlu Kənan Bayramovu səsləyib.

”Kənan hardasan? Kənan..”- deyə S.Yusuf çağırış edib.

Xatırladaq ki, Təyyar Bayramov Sami Yusufun oktyabrın 22-si və 23-də Dubayda "Expo 2020"də verəcəyi konsertdə xanəndə də onunla birlikdə səhnəyə çıxıb. T.Bayramov solist kimi gecədə Sami Yusiflə eyni səhnəni bölüşüb, həmçinin konsertdə muğam da səsləndirib. Görüş isə həmin vaxt baş tutub.

Qedək ki, Əməkdar artist Təyyar Bayramov oğlu Kənan Bayramovun Şuşada keçirilən "Xarıbülbül" festivalındakı Bayatı-Şiraz ifası Prezident İlham Əliyevi kövrəltmişdi.

XƏBƏRLƏR
BLOGLAR
X