Şamil Ayrım:

Şamil Ayrım: "İlham Əliyevin kadr islahatları uğurlu və alqışa layiqdır"

"Dövlət başçısı İlham Əliyevin ölkədə apardığı kadr islahatları çox uğurlu və alqışa layiqdır".

Bu sözləri "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Azərbaycan əsilli deputat bildirib ki, gənclərin ölkənin idarə olunmasında aparıcı qüvvəyə çevrilməsi Azərbaycanın son illər dünyanın lider dövlətləri ilə rəqabət aparmasına əyani sübutdur.

Deputatın sözlərinə görə, Heydər Əliyevin bünövrəsini qoyduğu çağdaş Azərbaycanın bu gün bütün sahələrdə inkişaf etməsi prezident İlham Əliyevin reallaşdırdığı uğurlu kadr islahatlarından xəbər verir: "Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 1993-cü ildən, 2003-cü ilə qədər hakimiyyətdə olduğu illərdə ölkədə reallaşdırdığı sabitlik həmin dövrlər çevrəsindəki sağlam insanlar sayəsində olub. Həmin illərdə onunla çiyin-çiyinə çalışan insanların əməyini unutmamaq lazımdır.



Ancaq 2003-cü il İlham Əliyevin Azərbaycan prezidenti seçilməsindən sonra ölkədə çox irəliləyişlər baş verdi. Azərbaycan iqtisadi baxımdan ciddi bir inkişaf qət etdi. Prezident İlham Əliyev son bir ildə həyata keçirdiyi islahatlarla ölkə üçün əhəmiyyətli vəzifələrə təyin etdiyi şəxslərin potensialı onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də, dünyanı bilən, tanıyan gənc və möhkəm kadrlarla yoluna davam edir. Azərbaycanın savadlı, təhsilli gənclərlə yoluna davam etməsi ölkənin rifahı baxımından çox əhəmiyyətlidir".

Şamil Ayrım qeyd edib ki, Azərbaycan Qafqaz regionunda əhəmiyyətli ərazidə yerləşir: "Şəxsən mən prezident İlham Əliyevin yeni təyin etdiyi kadrlardan bir neçəsi ilə yaxından tanış oldum. Fevralda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq Türkiyədən bir qrup millət vəkilləri ilə Azərbaycana gedəndə yeni təyin olunan bir neçə nazirlə görüşüb söhbətləşdim. Onların hər birinin çox uğurlu kadr olduğunu əminliklə deyə bilərəm.

Azərbaycanın bundan sonra da, çox uğurlu yolda irərliləyəcəyini düşünürəm. Azərbaycan sağlam və sabit bir şəkildə yoluna davam edir və ölkənin bu uğurlu yolda çox böyük nailiyyətlərə imza atacağını düşünürəm".
XƏBƏRLƏR
BLOGLAR