"Samsung" şirkətinin baş icraçı direktoru Kvon Oh Şan istefa verib.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, "Samsung"un 3 baş icraçı direktorundan biri olan Şan bu addımını idarəçilikdə gənc və yeni ruha sahib birinə ehtiyac olduğu üçün atdığını bildirib. Kvon Oh Şan 2018-ci il mart ayına qədər vəzifəsində qalacaq.
Mütəxəssislər bu addımın şirkəti qeyri-müəyyən müddətə böhrana salacağını proqnozlaşdırır.
Qeyd edək ki, bir müddətdir "Samsung"un idarəçilik sistemində böhran hökm sürür. Şirkətin idarəçilik sistemində ciddi problemlərin və struktur mürəkkəbliyinin olduğu bildirilir.
Bundan əlavə, şirkətin vitse-prezidenti Li Çe Yonq avqust ayında korrupsiya məsələsinə görə həbs edildi. Yonq bəzi qeyri-kommersiya fondlarına milyonlarla dollar yardım etməkdə günahlandırılırdı. Onun adı sabiq Koreya prezidenti Park Çun Hayla birlikdə qeyri-leqal işlərdə hallanıb.
Bu proseslərin şirkətin gəlirlərində ciddi dəyişikliklərə səbəb olacağı ehtimallar arasında olsa da, "Samsung" rəsmiləri gəlirlərin ilin əvvəli isə müqayisədə son 3 ayda 3 dəfə artdığını bildirirlər. Gəlirlərinin əsas hissəsi smartphone və yaddaş çipləri satışından olan Cənubi Koreya nəhənginin böyük risklə qarşı-qarşıya olması isə proqnozlaşdırılan məsələlərdən biri olaraq qalır.
Gülşən
Qaynarinfo.Az
Şərhlər