Samuxda aviobomba aşkar edildi

Samuxda aviobomba aşkar edildi

Samux rayonunda aviobomba aşkar edilib. 

Bu barədə Qaynarinfo-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, Daxili İşlər Nazirliyindən Agentliyə Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları 2019-cu ilin 24 iyun tarixində qeyd olunan əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviobomba (FAB-50) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aviobombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR