Xəbər lenti

Dünya 17:32 14.12.2018

"Sarı jiletlilər" yenidən küçələrə çıxacaq

Fransada "sarı jiletlilər" yenidən küçələrə axışır.

Qaynarinfo xəbər verir ki, hökumətin xəbərdarlıqlarına baxmayaraq "sarı jiletlilər" sabah yenidən nümayişlərə başlayacaq. Paytaxt Parisdə 8 min polis, 14 zirehli texnika təhlükəsizliyi təmin edəcək. 

Qeyd edək ki, ölkədə 17 noyabrdan bəri aksiyalar davam edir. Yanacaq vergisinə tətbiq edilən vergi əleyhinə başlayan nümayişlərdə iqtisadi islahatlar və prezident Emmanuel Makronun istefası tələb edilirdi. Ötən günlərdə Makron xalq qarşısında çıxış edərək iqtisadi islahatlar barədə söz verdi və 2019-cu ildən etibarən minimum əmək haqqının 100 avro artırılacağını açıqladı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->