Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Qaynarinfo-nun məlumatına görə, günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub. 68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə"ni önə keçirib. 3 dəqiqə sonra isə Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə Anatole Abanq komandasına qələbə qazandırıb.
Günün digər matçında "Qəbələ" "Zirə" ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"dən Cəlal Hüseynov (18), "Qəbələ"dən isə Ülvi İsgəndərov (79) fərqlənib.
Tura oktyabrın 17-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Şərhlər