Xəbər lenti

İdman 14:58 09.05.2021

"Səbail"in futbolçusunun başına tikiş qoyuldu

Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi" ilə ev oyununda zədələnən "Səbail"in futbolçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib.

Klubdan "Report"a verilən məlumata görə, qonaq komandanın yarımmüdafiəçisi Mamadu kane ilə toqquşmadan sonra başı yarılan 32 yaşlı hücumçu dərhal xəstəxanaya aparılıb.

Təcrübəli oyunçunun başına 3 tikiş qoyulub. Onun "Zirə"yə qarşı XXVII tur matçında oynayıb-oynamayacağı bəlli deyil.

Qeyd edək ki, "Səbail"in 0:4 hesabı ilə uduzduğu görüşdə fasilədən sonra meydana daxil olan Rauf Əliyev 70-ci dəqiqədə Ruslan Hacıyevlə əvəzlənib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->