Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, FHN-nin yaydığı məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində "Saipa” və "Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Həlak olanlardan 4-nün hərbi qulluqçu olduğu bildirilir. TƏBİB-in məlumatına görə, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də vəfat edib.
Şərhlər