Foto 11:41 06.03.2020

Şəhid əsgərimiz dəfn edildi (VİDEO/YENİLƏNİB)

Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunda dəfn edilib. 

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, mərasimə şəhidin yaxınları, rayon ictimaiyyəti, DSX rəsmiləri və rayon əhalisi qatılıb. 

 ***10:55

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
***
Daha sonra şəhidlə vida mərasimi başlayıb. Mərasim Cəfərxanlı kəndində keçirilir.