Xəbər lenti

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq
Ölkə 23:33 23.07.2021

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Qaynarinfo xəbər verir ki, Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Şəhid F.Yaqublu Beyləqanda dəfn olunacaq.

Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->