Şəhid məktəb direktoru Elvin İmaməliyevin doğum günüdü

Şəhid məktəb direktoru Elvin İmaməliyevin doğum günüdü

9 may Qələbə günündə dünyaya göz açan, Vətən müharibəsinə könüllü qatılan şəhid məktəb direktoru İmaməliyev Elvin Elsevər oğlunun doğum günüdür. O, həmçinin YAP Ağstafa Rayon Təşkilatının Gənclər Birliyinin sədri idi.

Bu münasibətlə şəhidmizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri Qırılı kəndində Elvinin məzarını ziyarət edib, qəbri üstünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub. Məktəblilər vətən uğrunda canlarından keçmiş igid əsgərlərimizə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.

Elvin İmaməliyev 1989-cu ilin mayın 9-u Ağstafa rayon Qırılı kəndində ziyalı ailədə dünyaya gəlib. Orta təhsilini Qırılı kəndində bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib.

44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə sücaət göstərib. 9 noyabr 2020-ci il tarixində 31 yaşında Şuşa şəhərində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda” və "Şuaşnın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli idi. Özündən sonra iki oğlu yadigar qaldı.

Allah bütün şəhidlərimizə rəhmət etsin!
X
XƏBƏRLƏR
BLOGLAR