Foto 17:16 21.09.2020

Şəhidimiz dəfn olundu (FOTO/YENİLƏNİB)

Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi Tovuz şəhərində - Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

38 yaşlı şəhidimizin dəfn mərasimində rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları iştirak ediblər.
 
 ***14:22

Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov son mənzilə yola salınır. 

Rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları şəhidlə vidalaşmaq üçün onun evinə toplaşıb.  

Həmin görüntüləri təqdim edirik: