2783 şəhidin rəsmi xalca üzərində toxunacaq.
Bunu Qaynarinfo-ya açıqlamasında Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən "Merinos Halı” xalça dükanının rəhbəri Əhməd Hüseynov deyib. O bildirib ki, sözü gedən xalçaların bir hissəsi artıq hazırdır:
"Şəhidlərin fotosunu üzərində əks etdirən xalçalar hissə-hissə toxunur. Hazır olanları şəhidin ailə üzvlərinə, bir başa evlərinə aparıb təqdim edirik”.
Əhməd Hüseynov onu da əlavə edib ki, əgər gələcəkdə vətəndaşlardan kimlərsə şəhidlərdən hansınınsa fotosunun xalça üzərində toxutdurmaq istəsə, onun da arzusunu nəzərə almağa çalışacaqlar.
Bahar Rüstəmli
Şərhlər