Dünya 15:39 06.08.2020

Səhiyyə naziri COVID-19-la bağlı məlumatları təkzib etdi

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca avqustun 6-da ölkə xəstəxanalarının koronavirus xəstələri ilə dolmasıyla bağlı xəbərləri təkzib edib. 

Qaynarinfo xəbər verir ki, nazir bu cür xəbərlərin heç bir əsasının olmadığını bildirib. 

Qeyd edək ki, Türkiyə KİV yoluxma hadisələrinin sayının kəskin artması üzündən xəstəxanaların dolduğunu, yer çatışmadığı barədə məlumat vermişdilər.
 
Jurnalistlərin fikrincə, kəskin artım Qurban bayramının qeyd edilməsi ilə əlaqədar baş verə bilərdi.
 
Alpər