Səhiyyə Nazirliyindən Türkiyə istehsallı bu dərman haqda açıqlama

Səhiyyə Nazirliyindən Türkiyə istehsallı bu dərman haqda açıqlama

Səhiyyə Nazirliyi Türkiyə Respublikasının geri çağırdığı Dormofol dərman vasitəsi barədə açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyənin Səhiyyə Nazirliyini hərəkətə gətirib. 

Türkiyə Dərman və Tibbi Cihaz Qurumu "propofol” təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə dərman vasitələrinin keyfiyyətindən şübhə edilir.

Nazirlik əhalinin və tibb işçilərinin nəzərinə çatdırıb ki, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və Azərbaycan Respublikasına idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.
 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR