Xəbər lenti

Ölkə 21:52 15.07.2019

Şəkidə üstünə ağac aşanlardan biri öldü

Şəkidə baş verən bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ağacın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb.

O, həkimlərin bütün səylərinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində 19 nəfər yaralanmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->