Xəbər lenti

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Ölkə 09:00 18.09.2021

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbəri olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsaslarla fəaliyət göstərib.  

Pandemiya dövründə ölkədə qapanmaların olması səbəbindən qurumda ciddi maliyyə problemləri yaranıb. Nəticədə əksər əməkdaşlar, psixoloqlar bu təşkilatla yollarını ayırıblar.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Səməd Seyidov Siyasi Psixologiya Mərkəzinin bağlandığını dolayısı ilə təsdiq edib: "Vallah pandemiya dövründə ölkədə heç bir mərkəz normal işləyə bilməzdi. Bu barədə çox danışa bilmirəm, sükan arxasındayam, avtomobil idarə edirəm”.

Qeyd edək ki, Səməd Seyidov 2016-cı ildə Siyasi Psixologiya Mərkəzini təsis edib. 

Amid Eyyuboğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->