"Bu günlər xalqımız bir yumruq kimi birləşib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı deyib. Onun sözlərinə görə, döyüş zonasında böyük əhval-ruhiyyə var:
"Ordumuzun da əhvalı yüksəkdir. Xalqımız bir yumruq kimi birləşib. Hamı döyüşə getmək istəyir. Döyüş zonasında əhval-ruhiyyə önəmlidir. Ordumuz qarşısına qoyduğu vəzifələri yerinə yetirir, qələbə bizimlədir”.
Şəmistan Əlizamanlı qeyd edib ki, AzTV-də "Cəbhə xəbərləri” adlı verilişin aparıcısı olacaq:
"Veriliş 22:30-da efirdə olacaq. Televiziyadan bununla bağlı təklif aldım və qəbul etdim”.
Bahar Rüstəmli
Şərhlər